19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında növbəti matçını keçirib.
Komandamız bu dəfə Özbəkistanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşıb. Matç rəqibin 9:1 hesablı qələbəsi ilə başa çatıb. U-19-un yeganə qolunu Bəyoğlan Vəlizadə vurub. Millimizin turnirdə son oyununu avqustun 11-də Rusiya futzalçılarına qarşı keçirəcək.
Özbəkistanla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 12. Sadiq Əlizadə (q), 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 1. Əli Quliyev (q), 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov
Baş məşqçi: İlqar Aslanov