19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında son matçını keçirib. Komandamız Rusiya futzalçıları ilə qarşılaşıb. Oyunlar bağlı baş məşqçi İlqar Aslanov azfutzal.az-a bunları deyib:
“Oyuna yaxşı balşadıq, hesabı açan tərəf olduq. Ancaq üstünlüyümüzü qoruya bilmədik, təcrübəsizlik tədricən özünü büruzə verdi. Nəzərə alaq ki, bu komandaya U-17-nin bir neçə oyunçusunu da dəvət etmişik. Onlar ilk dəfə idi belə turnirdə iştirak edir, bu cür rəqiblərə qarşı oynayırdılar. Əvvəlki matçlarda da bu cür vəziyyətlə qarşılaşmışdıq. Etiraf edim ki, rəqiblərimiz də çox güclüdürlər. Amma təcrübəsizlikdən yaranan səhvlərimiz də az olmadı”.