“Araz-Naxçıvan” 2 yoldaşlıq oyunu keçirib
UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” 2 yoldaşlıq oyunu keçirib.
Ölkə çempionu “Olimpik Star”da Tacikistan təmsilçisi “İstiqlol”la qarşılaşıb. Dünən komandaların ilk görüşündə Düşənbə təmsilçisi qələbə qazanıb – 5:2, bu gün keçirilən dueldə isə sevinən tərəf “Araz-Naxçıvan” olub. Ölkə çempionu 4:1 hesablı qələbə qazanıb. İlk qolu Lukas vurub. Daha sonra İsa Atayev fərqlənib. Ninoslav və Filipinyo son 2 qolun müəllifi olub. İlk matçda isə təmsilçimizin hər iki qoluna Amadeu imza atıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasında oyunlarını avqustun 23-də, 24-də və 26-da keçiriləcək. İlk matçda “İstanbul Şişli” ilə üz-üzə gələcək Vitali Borisovun drujinası ertəsi gün Almaniya çempionu “Yan Regensburq”la gücünü sınayacaq. Son görüş isə Latviya “Riqa”sı ilə olacaq.