...

“Bu gün daha yaxşı oynadıq”


UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” Almaniya çempionu “Jahn Regensburq”la qarşılaşıb. 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı azfutzal.az-a açıqlama verib:

“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Jahn Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.