UEFA Çempionlar Liqasının ilkin mərhələsində "Araz-Naxçıvan" bu gün son oyununu keçirəcək. Təmsilçimiz meydan sahibi "Riqa" ilə qarşılaşacaq. İlk 2 oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandamıza kömək edə biləcək. Oyunu 3 ölkədən olan referilər idarə edəcək.
“Riqa” (Latviya) – “Araz-Naxçıvan”
26 avqust. Salaspils İdman Arenası. Saat 18:00
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)