...

Qafarlı bu dəfə üçüncü olacaq


19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Hikmət Qafarlı Fransa – Portuqaliya matçında birinci hakim olmuşdu.

Referimizin idarə etdiyi görüş portuqaliyalıların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. FİFA referisi sabahı Ukrayna – Finlandiya görüşündə 3-cü hakim funksiyasını yerinə yetirəcək. Julien Lanq (Fransa) birinci, Ruben Antonio Kardoso Santos isə ikinci hakim olacaq. Hakim-inspektor kimi ispan Pedro Angel Qalan Nieto təyinat alıb.