...

Millinin Buzauda ilk məşqi (fotoreportaj)


DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sentyabrın 15-də Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.

Bu gün “Romeo lamandi” arenada 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyib. Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya – Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və CBC Sport-la canlı yayımlanacaq. Hazırlıq prosesindən fotoları diqqətinizə çatdırırıq: