DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını bu gün bərpa edib.
Heyətdə zədəli və cəzalı futzalçı yoxdur. Amma 2 gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. Baş məşqçi Vitali Borisovun qərarı ilə İsa Atayev heyətdən kənarlaşdırılıb, Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edir.
Qeyd edək ki, Niderlandla oyun sentyabrın 20-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək. CBC Sport-la canlı yayımlanacaq oyuna giriş sərbəst olacaq.