Azərbaycan millisi DÇ-2024-ün elit-raun mərhələsində bu gün ikinci oyununu keçirib. Bu görüş həm də tsikl çərçivəsində doğma meydanda ilk sınaq Niderland yığmasına qarşı olub. 5 gün əvvəl hər iki komanda məğlub olduğuna görə, duelin gərgin keçəcəyi gözlənilən idi. Rumıniya məğlubiyyətindən sonra baş məşqçi Vitali Borisov İsa Atayevi Maneka ilə əvəzləmişdi. Oyundan əvvəl Mərakeşdə və Liviyada baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qapı bu dəfə Emin Kürdova tapşırılmışdı. Oyuna aqressiv başlayan komandamız 2-ci dəqiqədə hesabı açdı. Rafael Vilela rəqib torunu silkələyən futzalçı oldu. Bundan sonra da üstünlük millimizdə oldu. Felipinyonun zərbəsi tirdən döndüsə, növbəti dəfə hesabı Qallo dəyişdi - 2:0. 15-ci dəqiqədə komandamız növbəti qolu vurdu. Bu dəfə Maneka ilk rəsmi oyununda adını tabloya yazdırdı. Fasiləyə qədər Felipinyo da istəyinə çatdı və fərqi 4 topa yüksəltdi. Vilela isə fasiləyə 2 dəqiqə qalmış dublnu rəsmiləşdirdi. O, son dəqiqədə 10 metrlik zərbəni zola çevirə bilmədi. İkinci hissədə hesab 36-cı dəqiqədə dəyişdi. Bu dəfə Felipinyo dubl etdi. Rəqib sona 4 dəqiqə qalmış təsəlli qoluna imza atdı. Beləliklə komandamız böyükhesablı qələbə qazandı. Millimiz qrupda növbəti oyununu oktyabrın 6-da, saat 20:00-da, Bakı idman Sarayında Qazaxıstan yığmasına qarşı keçirəcək.
Azərbaycan – Niderland (5:0) 6:1
DC-2024-ün elit-raund mərhələsi
20 sentyabr. Bakı İdman Sarayı. Saat 18:30
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
(Hakimlər briqadası Kiprdəndir)
Timekeeper: Ramil Namazov (Azerbaijan)
Hakim-İnspektor: Sebastian Staviski (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)
Qollar: Rafael Vilela, 1:19, 18:21, Everton Kardoso, 7:47, Maneka, 14:35, Felipinyo, 17:04, 35:45 // İliass Bouzit, 36:58
Sarı vərəqələr: Eduardo Borges, 16:44, Emin Kürdov, 36:58 // İliass Bouzit, 7:51, Tevfik Ceyar, 9:09
Azərbaycan
1. Emin Kürdov (q, k), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 12. Rövşən Hüseynli (q), 4. Oktay Rüstəmli, 5. Maneka, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso “Qallo”, 16. Xəzər Ağalızadə, 20. Amir Şocaei
Baş məşqçi: Vitali Borisov
Niderland
12. David Stet (q), 4. Tevfik Ceyar, 5. Said Bouzambou, 6. Saber Ben Khalou, 10. Abdessamad Attahiri, 1. Manuel Kuyk (q), 2. Yordi Orriens, 7. Denzel Van Houtum, 8. Ayoub Boukhari, 11. Lahcen Bouyouzan, 14. İliass Bouzit, 15. İsmail Ouaddouh, 18. Qianni Tieboş, 20. Mohamed Cih
Baş məşqçi: Migel Andres
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qazaxıstan |
2 |
2 |
0 |
0 |
6-3 |
6 |
2 |
Rumıniya |
2 |
1 |
0 |
1 |
6-5 |
3 |
3 |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
7-4 |
3 |
4 |
Niderland |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |