DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün keçirilən Azərbaycan - Niderland oyunundan sonra baş məşqçimiz Vitali Borisovun səsləndirdiyi fikirləri:
“Bizim üçün yaxşı oyun oldu. Komanda olaraq oyuna əla motivasiya olmuşduq. Hesabın belə olması oyunun yaxşı keçdiyinin göstəricisidir. Hərçənd daha çox qol vura bilərdik. Məqsədimiz qol buraxmamaq idi. Təəssüf ki, alınmadı. Qol epizodunda qapıçının səhvi yox idi.
Rumıniya ilə görüşdən sonra komandada ruh düşkünlüyü var idi. Çalışdıq ki, bu dəfə doğma meydanda vəziyyəti xeyrimizə dəyişək. Şadam ki, məqsədimizə nail olduq.
Qazaxıstanla oyunda da qələbə üçün mübarizə aparacağıq. Çalışacağıq bu oyunumuzu növbəti matçda da təkrarlayaq. Qazaxıstan qrupun favoriti hesab olunur. Onlarla görüşdə hansı komanda xal və ya xallar qazana bilsə, ilk iki yerdən birini tutacaq”.