Niderland üzərində böyükhesablı qələbə qazanan Azərbaycan millisi lider Qazaxıstandan 3 xal geri qalır. Komandamızın müdafiəçisi Qallo həm son matç, həm də növbəti görüş haqda azfutzal.az-a açıqlama verib.
“Doğma meydanda oynadığımıza görə, qələbədən başqa seçim imkanımız yox idi. Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə epizodları realizə edə bilmədik. Bu dəfə əksəriyyətini qol çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq.
Növbəti oyunumuz qrup lideri Qazaxıstana qarşı olacaq. Bu komandanın gücü, oyunu haqda danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik.
Qrup liderliyinə gəldikdə, şansımız davam edir. Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq. Sona qədər mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Qarşıdakı oyun çox suala aydınlıq gətirəcək”.