Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri sentyabrın 29-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi KİV vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
Yuxarıda qeyd olunanlar 29 sentyabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.