UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların siyahısı dərc olunub. Sevindirici məqam siyahıda həmyerlimizin olmasıdır.
Belə ki, uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan Vitali Borisov 45 qol vurub. O, bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qolla var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Sirillo qapayır – 44 qol.
Qeyd edək ki, karyerasını başa vurmuş Vitali Borisov hazırda Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisidir.