DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb, əvəzində “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub.
Məlumat üşün qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bakı-Astana hava reysi ilə səfərə çıxacaq. Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıldan istifadə edəcək:
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli.
Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei.
Qarşılaşma isə oktyabrın 11-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.