15.10.2023-cü il tarixində keçirilən “Timsport” – “Ulduz” oyununda “Timsport” komandasının oyunçusu Fərid Quliyev oyunun 5-ci dəqiqəsində söz və ya hərəkətlə etiraza görə 2-ci sarı vərəqə aldıqdan sonra qeyri-etik hərəkətlər etdiyinə, meydan və meydanı əhatə edən zonanı tərk etməyərək oyunun bərpasını yubatdığına, “timekiper” stoluna təpiklə vurduğuna, paltardəyişmə otağına getməkdən imtina edərək tribunaya qalxıb hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməyə davam etdiyinə görə 10 oyun cəzalandırılsın (maddə 43.3, 47.1, 56);
15.10.2023-cü il tarixində keçirilən PFL – “Dəstə Ordubad” oyununda PFL komandasının oyunçusu Fərrux Hüseynzadə oyunun 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
15.10.2023-cü il tarixində keçirilən PFL – “Dəstə Ordubad” oyununda, “Dəstə Ordubad” komandasının qapıçısı Sergey Selyugin oyunun 20-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).