26.10.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Record club” oyununda, “Araz Naxçıvan” komandasının oyunçu Matheus Lucas Dos Santos oyunun 26-cı dəqiqəsində təcavüzkar davranışa (rəqibi bilərkdən ayaq ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
26.10.2023-cü il tarixində keçirilən “Neftçi” İK İB – U-19 oyununda, “Neftçi” İK İB komandasının oyunçusu Nüsrət Fərzəli oyunun 34-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 41);
26.10.2023-cü il tarixində keçirilən PFL – “Trabzon Azərbaycan” oyununda, “Trabzon Azərbaycan” komandasının oyunçusu Haldun Cümşüdlü oyunun 17-ci dəqiqəsində hakimin qərarına etiraz edərək bir oyunda ikinci sarı vərəqə, nəticədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 42.2);
26.10.2023-cü il tarixində keçirilən “Timsport” – “Şuşa” oyununda, “Şuşa” komandasının oyunçusu Şöhrət Yusifov oyunun 25-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda ikinci sarı vərəqə,nəticədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
27.10.2023-cü il tarixində keçirilən “Baku Fire-2” – “Bakı” MFK oyununda, “Baku Fire -2” komandasının oyunçusu Telman Muxtarov oyunun 23-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın.