Ağatahir Əzimov futzal federasiyasında seleksiyaçı-məşqçis vəzifəsinə təyin olunub.
Son 4 ildə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuş mütəxəssis gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Qeyd edək ki, uzun müddət Azərbaycan millisinin üzvü olmuş Ağatahir Əzimofun rəhbərliyi altında U-19 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.