Dünya çempionatının elit-raund mərhələsi çərçivəsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin dekabrın 11-dən 17-dək Bakıda, dekabrın 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışı olacaq. Baş məşqçi Vitali Borisov hazırlıq prosesinə 16 futzalçı dəvət edib:
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (RSC Andelext, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya)
Oyunların təqvimi
Azərbaycan – Rumıniya
15 dekabr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz
(Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)
Niderland – Azərbaycan
20 dekabr. Almere. Topsportcentrum. Saat 21:30
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas
(Hamısı Litva)
Hakim-inspektor: Karel Heniç (Çexiya)
UEFA nümayəndəsi: Fabrizio Di Feliçe (İtaliya)