...

“Daha yaxşısını etməliyik”


Bu gün millinin mətbuat üçün açıq məşqindən əvvəl komandanın təcrübəli üzvü Tofiq Mikayılov jurnalitlərin suallarını cavablandırıb:

“Əhval-ruhiyyə yaxşıdır. Çalışacağıq bizə verilən şansdan maksimum istifadə edək. Komanda üçün hər cür şərait yaradılıb. Qələbə qazanmaq üçün mübarizə aparacağıq.

Millinin əvvəlki oyunlarında iştirak etməmişəm deyə, fikir bildirmək istəmirəm. Uşaqlar yaxşı oynamışdılar. Amma həmin matçlar arxada qaldı. Bu dəfə daha yaxşısını etməliyik”.