Bu gün Azərbaycan kubokunun ilkin mərhələsinin oyunları keçirilib. Daha doğrusu, iki oyundan biri baş tutub. “Dəstə Ordubad” “Ulduz”dan güclü olub və 1/8 finalda oynamaq hüququ qazanıb. “Şuşa” – “Metropoliten” matçı isə nominal meydan sahiblərinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Görüşün yekun nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.
1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri barədə saytımızda əlavə məlumat veriləcək.
“Dəstə Ordubad” – “Ulduz” 7:4