...

Oyunöncəsi son məşq (fotolar)


DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Niderlandla qarşılaşacaq Azərbaycan millisi matçın keçiriləcəyi Almeredəki Topsportcentrumda son məşqini keçirib.

Oyunöncəsi çalışmadan əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvləri və məşqçilər korpusu ilə görüşüb, uğurlar arzulayıb, qələbənin millimiz üçün vacib olduğunu bildirib. Daha sonra komanda 90 dəqiqəyə yaxın taktiki planda çalışıb, standart vəziyyətlərin tətbiqini məşq edib. Karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges də dünən milliyə qoşulub.

Qeyd edək ki, Niderland – Azərbaycan oyunu dekabrın 20-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.