DÇ-2024-ün elit-raund mərhələsində bu gün Azərbaycan millisi Niderland yığması ilə qarşılaşıb. Növbəti mərhələyə yüksəlmək şansını az da olsa davam etdirən komandamıza bu dueldən qalib ayrılmaq lazım idi. Səfərə yollanan heyət üzvlərindən Fərid Atakişiyev səhhətində yaranmış problemlə əlaqədar oyunda iştirak etməyib. Almere şəhərində keçirilən matçın taleyini birinci hissəsində vurulan qollar həll edib. Qələbə qazanan meydan sahibləri qrup mərhələsini ikinci pillədə başa vurmağı bacarıb.
Niderland – Azərbaycan (2:0) 3:0
DÇ-2024, elit-raund
20 dekabr. Almere. Topsportcentrum Arena. Saat 21:30
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas
(Hamısı Litva)
Timekeeper: Joern Te Kloeze (Niderland)
Hakim-inspektor: Karel Henyç (Çexiya)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Qollar: Abdessamad Attahiri, 0:54, Said Bouzambou, 9:43, Tevfik Ceyar, 37:23
Niderland
1. Manuel Kuyk (q,k), 3. İssam Dahmani, 4. Tevfik Ceyar, 5. Said Bouzambou, 10. Abdessamad Attahiri, 16. Mika Spigt (q), 2. Yordi Orriens, 6. Saber Ben Khalou, 7. Denzel Van Houtum, 11. Lahcen Bouyouzan, 14. İliass Bouzit, 19. Ayyoub Tamoukh, 20. Mohamed Chih, 21. Ayoub El Boubsi
Baş məşqçi: Miguel Andres
Azərbaycan
12. Rövşən Hüseynli (q), 5. Ülvi Əliyev, 6. Eduardo Borges, 7. Xəzər Ağalızadə, 9. Rafael Vilela, 1. Emin Kürdov (q,k), 2. Mirzə Əmirov, 8. Novruz Kazıxanov, 11. Nihad İsmayılov, 13. Amir Sojaei, 16. Oktay Rüstəmli, 17. Hadi Ahmadi, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov