Bu gün keçirilən 4 oyunla Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. “Araz-Naxçıvan”ın asan qələbə qazanıb. “Dalğa” isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışıb. Ən gərgin oyun “Dəstə Ordubad” – U-19 arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Matçın gərginliyi vərəqələrin çoxluğuna da sirayət edib. Belə ki, 4 futzalçıya qırmızı vərəqə göstərilib. “Baku Fire-2” də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb.
Araz-Naxçıvan – Record club 23:0
Baku Fire – Dalğa 6:0
Dəstə Ordubad – U-19 2:4
Xan-Lənkəran – Baku Fire-2 3:9
Martın 28-də keçiriləcək ¼ final mərhələsində cütlüklər bu şəkildə olacaq.
Baku Fire – U-19
Araz-Naxçıvan – Baku Fire-2
PFL – Bakı
Neftçi İK– Yasamal Bakı
½ final
Baku Fire – U-19 // Neftçi İK – Yasamal Bakı
Araz-Naxçıvan – Baku Fire-2 // PFL – Bakı