Bu gün Yüksək Liqada XIV turun oyunları keçirildi. Tur təkcə “Araz”ın cari mövsümdə ilk məğlubiyyəti ilə barışması, eyni zamanda EKOL-un “qış çempionluğu”yla əlamətdar olmadı, həm də cari mövsümdə Yüksək Liqada 500-cü qol vuruldu. Bu tura qəddər 494 qol vurulmuşdu. Günün ilk oyununda tərəflər ümumilikdə 5 qol vurduğundan yubiley qolu “Yasamal” FK – “Neftçi” İK duelində hesabın açıldığı qol oldu. Nominal qonaqların iranlı legioneri Hamed Abdollahinin 8-ci dəqiqədə vurduğu top cari mövsümdə 500-cü qol oldu.