İntizam Komitəsinin qərarları
05.04.2024-cü il tarixində Birinci liqanın 18-ci turunda keçirilməli olan Metropoliten – Baku Fire-2 oyunu Metropoliten komandası təyin olunan vaxtda meydana çıxmadığına görə baş tutmadığı üçün Metropoliten komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
07.04.2023-cü il tarixində Yüksək Liqanın 18-ci turunda keçirilmiş Baku Fire – Araz Naxçıvan oyununda Araz Naxçıvan komandasının oyunçusu Lucas Freitas Romao Da Silva oyunun 30-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.5);
07.04.2024-cü il tarixində keçirilməli olan Neftçi İK İB - Record club oyunu Record club komandası təyin olunan vaxtda meydana çıxmadığına görə baş tutmadığı üçün Record club komandasına 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1).