Aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini Olimpik Starda davam etdirir. Komanda bu gün bir məşqlə kifayətlənib. Heyətə dəvət olunun 17 furzalçıdan 3-ü qapıçıdır. Daha çox taktiki tapşırıqlar üzərində çalışan futzalçılar arasında zədəli oyunçunun olmaması baş məşqçinin üzünü güldürür. Qeyd edək ki, komanda aprelin 13-də Gürcüstana yola düşəcək və Beaumonde Garden hotelində məskunlaşacaq. Oyunlar isə Tbilisi İdman Sarayında keçiriləcək.