...

İntizam Komitəsinin qərarları


13 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının, “Liman” – “Yasamal” FK matçında “Liman” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz”  – EKOL matçının 36-cı dəqiqəsində “Araz” klubunun 11 №-li futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bədr FK Xocalı”  – “Borçalı” matçının 14-cü dəqiqəsində “Bədr FK Xocalı” klubunun 14 №-li futzalçısı Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).

Oyunun 14-cü dəqiqəsində “Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).

20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının, “Baker Hughes” – “Təbriz” matçında “Baker Hughes” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının U-19   – “Yasamal” FK-B  matçının 23-cü dəqiqəsində U-19 klubunun 3 №-li futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

22 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının, “Abşeron” FK – “Metropoliten” matçında “Abşeron” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).