...

Millimizin AVRO-2026-dakı rəqibləri


Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.

 

AVRO-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.

Pley-off / püşkatma: 15 may  2025

Pley-off / oyunlar: 15-24 sentyabr 2025

Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026

 

1-ci qrup

Ukrayna

Rumıniya

Almaniya

Kipr

 

2-ci qrup

Finlandiya

İtaliya

Belarus

Malta

 

3-cü qrup

Polşa

Slovakiya

Moldova

Türkiyə

 

4-cü qrup

Sloveniya

Macarıstan

Monteneqro

Norveç

 

5-ci qrup

Xorvatiya

AZƏRBAYCAN

İsveç

Yunanıstan

 

6-cı qrup

Qazaxıstan

Ermənistan

Danimarka

Albaniya

 

7-ci qrup

Portuqaliya

Niderland

Şimali Makedoniya

Andorra

 

8-ci qrup

İspaniya

Bosniya və Herseqovina

İngiltərə

İsveçrə

 

9-cu qrup

Serbiya

Çexiya

Belçika

Avstriya

 

10-cu qrup

Fransa

Gürcüstan

Kosovo

Bolqarıstan