...

Rəqiblərimizlə görüşlərin statistikası


Xəbər verdiyimiz kimi, mayın 30-da AVRO-2026-nın püşkü atıldı. Milli komandamız seçmə mərhələdə Xorvatiya, İsveç və Yunanıstanla üz-üzə gələcək. Bəs bu komandalarla indiyə qədər Avropa və dünya çempionatlarının seçmə mərhələsində qarşılaşmışıqmı? Statistika göstəriri ki, Xorvatiya yığması komandamız üçün arzuolunmaz rəqiblərdəndir. Bu komanda ilə indiyə qədər 5 rəsmi oyunda üz-üzə gəlmişik. Cəmi bir matçda – DÇ-2016-nın seçmə mərhələsində 4:4 hesablı heç-heçəyə nail olmuşuq. Qalan matçlarda rəqib qələbə qazanıb. Yunanıstanla da 5 dəfə görüşmüşük və bütün duellərdən qalib ayrılmışıq. İsveçlə isə DÇ-2016-nın seçmə oyununda üz-üzə gəlmişik. Xorvatiyada keçirilən oyunda komandamız böyükhesablı qələbə qazanıb. Rəqiblərimizlə keçirilən matçların nəticələrini diqqətinizə çatdırırıq:

AÇ-96 (seçmə mərhələ - Hollandiya)

25.10.1995. Xorvatiya – 3:6

 

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya)

29.02.2000. Yunanıstan – 8:3

03.03.2000. Xorvatiya – 1:5

 

AÇ-2022 (seçmə qrup mərhələsi)

02.02.2021 Yunanıstan – Azərbaycan 0:3

14.04.2021 Azərbaycan – Yunanıstan 4:0

 

DÇ-2012 (seçmə mərhələ - Azərbaycan)

15.12.2011. Xorvatiya – 1:3

 

DÇ-2016 (seçmə mərhələ - Xorvatiya)

10.12.2015. Isveç – 8:2

13.12.2015. Xorvatiya – 4:4

 

DÇ-2020 (elit-raund – Xorvatiya)

29.01.2020. Xorvatiya – 0:2

 

DÇ – 2024 (əsas seçmə mərhələ- ev-səfər oyunları)

11.10.2022 Yunanıstan – Azərbaycan – 0:7

03.03.2023 Azərbaycan – Yunanıstan 5:2