Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün püşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə 14:00-da) UEFA-nın Nyon şəhərindəki iqamətgahında start götürəcək. Artıq iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacağı açıqlanıb. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub yarışacaq. Bu turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” reytinq cədvəlinin 25-ci pilləsində yer aldğına görə, yeni mövsümə də ilkin mərhələdən başlayacaq.
İlkin mərhələ
Bu mərhələdə UEFA-nın açıqladığı klubların reytinq cədvəlinin 24-55-ci illələri arasında qərarlaşan 32 komanda iştirak edəcək. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər və yalnız qrup qalibi olan komandalar (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaq. Oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Artıq komandalar səbətlərə bölünüblər.
I səbət: ev sahibləri
Diamant Linz (Avstriya), qrupunun 1-cisi
Tirana (Albaniya), qrupunun 2-si
Amiqo Northvest (Bolqarıstan), qrupunun 2-si
Hjörrinq (Danimarka), qrupunun 2-si
Uddevalla (İsveç), qrupunun 2-si
Klik Kişinyov (Moldova), qrupunun 3-sü
Forca (Şimali Makedoniya), qrupunun 3-sü
Mançester (İngiltərə), qrupunun 3-sü
II səbət: qrupunun 4-sü (reytinq 48-55)
Ranger (Andorra)
Aberdin (Şotlandiya)
Cymru (Uels)
Sparta Belfast (Şimali İrlandiya)
İstanbul Şişli (Türkiyə)
İsbjonin (İslandiya)
Europa (Cəbəllütarıq)
Makkabi Netanya (İsrail)
III səbət: qrupunun 3-cüsü (reytinq 40-47)
Vellimdorf (Almaniya)
AEK (Yunanıstan)
Utleyra İdrettslaq (Norveç)
Sillamae Silla (Estoniya)
Fiorentina (San Marino)
IV səbət: qrupunun 2-cisi (reytinq 32-39)
Yerevan (Ermənistan)
Georgians (Gürcüstan)
Blue Magiç Dublin (İrlandiya)
AEL Limassol (Kipr)
V səbət: qrupunun 1-si (reytinq 24-31)
Kataniya (İtaliya)
ARAZ-NAXÇIVAN (AZƏRBAYCAN)
KMF Titoqrad (Monteneqro)
Şiroki Briyeq (Bosniya və Herseqovina)
Minerva (İsveçrə)
Akaa (Finlandiya)
Tiqers Roermond (Niderland)
Əsas mərhələ
Qeyd etdiyimiz kimi, 24 komanda mübarizəyə əsas mərhələdən başlayacaq. İlkin mərhələdə öz qrupunun qalibi olan 8 klub da onlara qoşulacaq. Bu dəfə 32 komanda iki fərqli - A və B yolunda qruplara bölünəcəklər. Oyunlar oktyabrın 22-27-də keçiriləcək.
B yolu
Bu yolda reytin cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan, eləcədə ilkin mərhələdə qrup qalibi olacaq 8 komanda yarışacaq. Ümumilikdə 16 komanda 4 qrupa bölünəcək. B yolundakı qruplardan ancaq ilk pillənin sahibi elit-raunda yüksələcək.
VI səbət: Ev sahibləri
Etoile Lavalloise (Fransa), qrupunun 1-si
Luçenes (Slovakiya), qrupunun 2-si
Bonjika (Serbiya), qrupunun 2-si
4 ev sahibi olacaq klubdan üçü məlumdur. Digər evsahibi komandanın iyulun 19-na qədər müəyyənləşməsi, UEFA püşkatma ilə seçim edəcək.
VII səbət: İlkin mərhələnin qalibləri
A qrupunun qalibi
B qrupunun qalibi
C qrupunun qalibi
D qrupunun qalibi
E qrupunun qalibi
F qrupunun qalibi
G qrupunun qalibi
H qrupunun qalibi
VIII səbət: qrupunun 2-si (reytinq 20-23)
Stalitsa Minsk (Belarus)
Differdange 03 (Lüksemburq)
IX səbət: qrupunun 1-si (12-15)
Riqa (Latviya)
Luksoil Andreus (Malta)
Kauno Jalgiris (Litva)
A yolu
Burada yarışın son qalibi, eləcə də reytinq cədvəlinin 1-11-ci və 16-19-cu pilləsində yer alan komandalar mübarizə aparacaq. 16 iştirakçı 4 qrupa səpələnəcək. B yolundakı qruplardan fərqli olaraq A yolunda hər qrupdan 3 komanda elit-raunda yüksələcək.
X səbət: ev sahibləri
Palma (İspaniya), qrupunun 1-si
Sportinq Anderlext (Belçika), qrupunun 2-si
Kayrat (Qazaxıstan), qrupunun 2-si
Priştina 01 (Kosovo), qrupunun 4-sü
XI səbət: qrupunun 4-sü (reytinq 16-19)
Record Bielsko-Biala (Polşa)
Semey (Qazaxıstan)
Yunayted Qalati (Rumıniya)
XII səbət: qrupunun 3-sü (reytinq 8-11)
Haladas (Macarıstan)
Plzen (Çexiya)
Hit Kiyev (Ukrayna)
Dinamo (Xorvatiya)
XIII səbət: qrupunun 2-si (reytinq 4-7)
Olmissum (Xorvatiya)
Doboveç (Sloveniya)
XIV səbət: qrupunun 1-si (reytinq 1-3)
Sportinq (Portuqaliya)
Kartagena Kosta Kalida (İspaniya)
Braqa (Portuqaliya)