Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclas zamanı müzakirə olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinat idi. Yekunda Vitali Borisov yenidən millinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onunla yenidən 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, uzun müddət millinin formasını geyinən V.Borisov 2023-cü ilin iyulundan 2024-cü il mayın sonuna qədər əsas komandanın baş məşqçisi olub.