...

Böyükhesablı qələbə


UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” ilkin mərhələdə mübarizəyə başlayıb. Təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz matça itki ilə çıxmışdı. Belə ki, Lazar Milosavljeviç qırmızı vərəqə cəzalısı olduğuna görə, bu oyunu buraxmalı olub. Matçda hesabı Giovanni açıb. Braziliyalı fasilə ərəfəsində növbəti dəfə rəqib torunu silmələməklə komandasının üstünlüyünü 2 topa çatdırıb. İkinci hissəyə də Valrionun qolu ilə başlayan “qırmızı-ağlar” 29 saniyə sonra Manafovla hesabdakı fərqi 4 top çatdırdı. Yeni transferlərdən Yaniç də adını tabloya yazdırdı. 6-cı qolun müəllifi Amadeu olub. Oyunda son nöqtəni Emil Həsənzadə qoydu. Beləliklə ilk oyunda böyükhesablı qələbə qazanan təmsilçimiz mübarizəyə uğurla start verib. Komandamız sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya) (2:0) 7:1

21 avqust. Uddevalla. Saat 18:00

Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 // Best, 34:49

Sarı vərəqələr: Ruhi, 15:50 // Caique, 15:50

 

“Araz-Naxçıvan”

1. Emin Kürdov (q, k), 6. Caique, 8. Giovanni Valerio, 17. Kadinho, 20. Amadeu, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 7. Yaniç Aleksandar, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. İaqo Henrique, 14. Xəzər Ağalızadə, 18. Ülvi Əliyev

Baş məşqçi: Vitali Borisov

 

“Sparta Belfast”1. MkErlain (q), 2. Gibson, 5. Ruhi (k), 7. Best, 10. Pedro Qomes, 22. Puica (q), 3. Leyşon, 4. Dias, 6. Tavares, 8. Loury, 11. Verenka, 20. Ryçel, 23. Tavares

Baş məşqçi: Mattheu Kross