Təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisi gündə iki dəfə olmaqla hazırlığını Olimpik Starda davam etdirir. Zədə səbəbindən Kənan Manafov millinin düşərgəsinə dəvət almayıb. Sentyabrın 16-dək Bakıda məşq keçəcək yığmamız ertəsi gün səfərə çıxacaq. Millimiz sentyabrın 19-da və 20-də Çexiya ilə Zlin şəhərində 2 yoldaşlıq oyununda gücünü sınayacaq.