Xəbər verdiyimiz kimi, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Çexiya ilə yoldaşlıq oyunları keçirəcək. Zlin şəhərində baş tutacaq matça qədər tərəflər artıq 6 dəfə üz-üzə gəliblər. Bu matçlardan 4-də rəqib, ikisində isə komandamız qələbə qazanıb. 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində isə rəqibimizlə 2 dəfə gücümüzü sınamışıq. Qrup mərhələsində böyükhesablı qələbə qazanan Azərbaycan millisi 3-cü yer uğrunda matçda məğlub olub. İndiyə qədər keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:
AÇ-96 (seçmə mərhələ - Niderland)
28.10.1995. Çexiya – 2:10
DÇ-00 (seçmə mərhələ - Xorvatiya)
02.03.2000. Çexiya – 4:8
DÇ-08 (seçmə mərhələ - Çexiya)
02.03.2008. Çexiya – 2:3
AÇ-10 (final mərhələsi – Macarıstan)
21.01.2010. Çexiya – 6:1
3-cü yer uğrunda oyun
30.01.2010. Çexiya – 3:5
AÇ-2016 (final mərhələsi – Serbiya)
06.02.2016. Çexiya – 6:5