...

Millimiz Çexiyada ilk məşqini keçirib (fotolar)


Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir. Komandamız bu gün oyunun keçiriləcəyi Zlin şəhərindəki idman zalında ilk məşqinə çıxıb. Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar taktiki tapşırıqlar və standart vəziyyətlərin icrası üzərində çalışıb. Növbəti məşq sabah eyni məkanda baş tutacaq.