Bu gün Birinci Liqada 2024-2025-ci il mövsümünə start verilib.
Turun ilk matçından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “STAR kargo” və “Xan-Lənkəran” komandaları üz-üzə gəlib. Heyətini yeni transferlərlə gücləndirən “STAR kargo” mövsümün ilk qələbəsini qazanıb 5:1. İlk qolun müəllifi qalib komandanın üzvü Eyyub Vahidov olub. Sarı vərəqə isə Vahidovun komanda yoldaşı Qərib İbrahimova göstərilib. Qırmızı vərəqənin “siftə”sini Orxan Qədirov edib.