“Araz-Naxçıvan” yeni mövsümün startı ərəfəsində heyətini gücləndirib. Ölkə çempionu “Yay transfer pəncərəsi”nin son günündə iki futzalçı ilə anlaşıb. 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futzalçı qeydiyyatdan keçirilib və sabah “Baku Fire”lə baş tutacaq görüşdə iştirak edə biləcəklər.