Yüksək Liqada II turun oyunları keçirilib. Əvvəlcə son çempion meydana çıxıb. Matç gözlənildiyi kimi, “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb. Bu, Predraq Rayiçin “Araz-Naxçıvan”ın baş məşqçisi kimi ilk qələbəsi olub. Digər görüşdə isə “Neftçi” gənclərdən güclü olub. 11 cavabsız qolla qalib gələn “ağ-qaralar” zirvədə yer alıb. Tura “Baku Fire”in qələbəsi ilə yekun vurulub. İddialı paytaxt təmsilçisi debütantdan üstün olub.
Araz-Naxçıvan – Yasamal Bakı 13:0
Neftçi – U-19 11:0
Baku Fire – Şuşa 4:0