...

İntizam Komitəsinin qərarları


27.10.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 2-ci turunda keçirilən “Çarşı Bakı” – “Yeni Suraxanı” oyununda, “Çarşı Bakı” komandasının oyunçusu Çingizxan Qurbanovun oyunun 9-cu dəqiqəsində ciddi kobud oyun səbəbindən bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
29.10.2024-cü il tarixində keçirilən “Yasamal Bakı” – “Neftçi” İK İB oyununda, “Yasamal Bakı” komandasının oyunçusu Mirəhməd Məmmədovun oyunun 13-cü dəqiqəsində söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)
 
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.