...

Millinin toplanışı başlayıb (fotolar)


Noyabrın 4-də və 5-də Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi bugündən etibarən məşqlərə başlayıb. Baş məşqçi Vitali Borisov 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya dəvət göndərib. Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsas taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komandamız Bosniya və Herseqovinaya yola düşəcək. Oyunlar Zenica şəhərindəki Huseyn Smayloviç adına idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, bu komandamızın AVRO – 2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi matçöncəsi son yoldaşlıq oyunları olacaq.