...

Millinin Zenicada məşqi (video və fotoreportaj)


Xəbər verdiyimiz kimi, Azərbaycan millisi noyabrın 4-də və 5-də Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəcək. Komandamız dünən matçın keçiriləcəyi Zenica şəhərinə yollanıb və axşam məşqini Huseyn Smayloviç adına Arenada reallaşdırıb. 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar əsasən taktiki planda tapşırıqlar yerinə yetirib.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.