Bu gün keçirilən Bosniya və Herseqovina – Azərbaycan oyunundan sonra komandamızın baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlaması:
“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.
Uşaqlara təşəkkür edirəm. Dünənki məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Meydanda oyun elementləri var idi, dediklərimi yerinə yetirməyə çalışırdılar və bu, alınırdı”.