Birinci Liqada IV turun oyunları keçirilib. Lider PFL böyükhesablı qələbə qazanıb. “STAR kargo” “Yeni Suraxanı” dueli isə gərginliyi ilə yadda qalıb. Günün üçüncü matçında 14 qol vurulsa da, qalib müəyyənləşməyib. “Metropoliten” də xal ehtiyatını artırıb. “Xan-Lənkəran” isə “Timsport”dan güclü olub. Bu komandanın ardıcıl ikinci qələbəsidir. Ötən oyunda rəqibini 16 cavabsız qolla məğlub edən “ağ-yaşıllar” bu dəfə 3 top fərqli üstünlük əldə edib. “Baku Fire-2” də turu itkisiz başa vurub. Liderin izləyicilərindən olan komanda rəqibini 20 dəfə meydanın mərkəzinə dəvət edib.
STAR kargo – Yeni Suraxanı 6:5
Çarşı Bakı – PFL 1:6
Djevo Dəyirman - Dəstə Ordubad 7:7
Ulduz – Metropoliten 2:3
Xan-Lənkəran – Timsport 9:6
Delta - Baku Fire-2 1:20