Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri dekabrın 11-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş);
3. Təmsil etdiyi KİV;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
Yuxarıda qeyd olunanlar 11 dekabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.