30.11.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın 5-ci turu çərçivəsində keçirilən Neftçi İK İB – Baku Fire oyununda, Neftçi İK İB komandasının köməkçi məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozaraq hakimlərin icazəsi olmadan meydana daxil olaraq hakimlərə davamlı şəkildə etirazlar etdiyinə görə oyunun 38-ci dəqiqəsində bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 53.1)
01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Çarşı Bakı - PFL oyununda, PFL komandasının qapıçısı İmran Məhərrəmov oyunun 27-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Djevo Dəyirman – Dəstə Ordubad oyununda, Djevo Dəyirman komandasının oyunçusu Kamran Talıbzadə oyunun 22-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Ulduz - Metropoliten oyununda, Metropoliten komandasının oyunçusu Xanağa Ələsgərov oyunun 28-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Delta – Baku Fire-2 oyununda, Baku Fire-2 komandasının qapıçısı Kərim Allahverdiyev oyunun 15-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.