Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisinin KİV üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl komandamızın üzvlərindən Mirzə Əmirov da jurnalistlərin suallarını cavablandırıb:
“Beş gündür məşqlər başlayıb. Komandada əhval-ruhiyyə yaxşıdır. Çalışırıq məşqçilər korpusunun verdiyi tapşırıqları düzgün şəkildə yerinə yetirək. Çünki oyun zamanı bu gün işlədiyimiz təmrinlər lazım olacaq. Oyuna gəldikdə, doğma meydanda ən yaxşısını etməliyik ki, xalqımızı sevindirək.
Oyunçular arasında anlaşma yaxşıdır. Gənclər hardasa səhvə yol verəndə təcrübəli futzalçılar yanlışlarımızı xatırladır, müəyyən yollar göstərirlər. Komanda şəklində güclü olmaq istəyirik. Qələbə qazanmaq üçün yalnız meydanda deyil, ondan kənarda da güclü olmaq vacibdir”.