...

25-ci kuboku kim qazanacaq?


Həftəsonu futzal üzrə Azərbaycan kubokunda 2018/2019-ci il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 finaldan başlayacaq. Reqlamentə əsasən Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində - yanvarın 11-də, 12-də və 13-də Olimpik Starda keçiriləcək. Bu mərhələnin qalibləri daha onra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər. Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.

Mövsüm     Kubokun sahibi

1994/95      “Neftçi”

1995/96      “Neftçi”

1996/97      “Avtomobilçi”

1997/98      “Avtomobilçi”

1998/99      “Nabspor”

1999/00      “Azərneftyanacaq”

2000/01      “Azərneftyanacaq”

2001/02      “Gömrükçü”

2002/03      “Gömrükçü”

2003/04      “Turan” AİR

2004/05      “Araz”

2005/06      “Araz”

2006/07      “Araz”

2007/08      “Araz”

2008/09      “Araz”

2009/10      “Neftçi” İSM

2010/11      EKOL

2011/12      EKOL

2012/13      “Neftçi” İSM

2013/14      “Neftçi” İSM

2014/15      “Fener” FK

2015/16      EKOL

2016/17      “Neftçi” İK

2017/18      “Marafon Futsal”