Azərbaycan Kubokunun 1/8 final mərhələsi
11.01.2025-cü il tarixində keçirilən “Yasamal Bakı” – “Baku Fire” oyununda, “Yasamal Bakı” komandasının oyunçusu İmaməli Hüseynov oyunun 26-cı dəqiqəsində qeyri-idman hərəkəti, Ətraflı səbəb: Perspektivli hücumun qarşını almaq və ya mane olmaq üçün topa əl ilə toxunmaq səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
12.01.2025-cü il tarixində keçirilən “STAR kargo” – “Çarşı Bakı” oyununda, “STAR kargo” komandasının oyunçusu Rəsul İbrahimov oyunun 10-cu dəqiqəsində Söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)
12.01.2025-cü il tarixində keçirilən “STAR kargo” – “Çarşı Bakı” oyununda, “Çarşı Bakı” komandasının oyunçusu Cavid Hüseynov oyunun 36-cı dəqiqəsində qeyri-idman hərəkəti səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
Azərbaycan Kubokunun 1/4 final mərhələsi
18.01.2025-cü il tarixində keçirilən U-19 – “Şuşa” oyununda, U-19 komandasının oyunçusu Rəvan Məşiyev oyunun 27-ci dəqiqəsində Tələb olunan məsafəyə riayət edilməməsi səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
18.01.2025-cü il tarixində keçirilən “Neftçi” İK İB – “STAR Kargo” oyununda, “STAR kargo” komandasının oyunçusu Qərib İbrahimov oyunun 17-ci dəqiqəsində Təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı fiziki təziq göstərdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 40.9)
18.01.2025-cü il tarixində keçirilən “Baku Fire” – “Araz-Naxçıvan” oyununda, “Baku Fire” komandasının oyunçusu Fərid Ələkbərov oyunun 30-cu dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)