...

Millimiz əsas mərhələdə


Avropa çempionatının ilkin mərhələsində komandamız bu gün növbəti oyununu keçirdi. İlk oyunda Kosovonu məğlub edən komandamız bu dəfə təşkilatçı ölkənin – San Marinonun U-19 komandası ilə qarşılaşdı. Dünənki görüşlə müqayisədə İlqar Aslanov “ilk 5-lik”də bir dəyişiklik etməyi lazım bildi. Rəvan Quliyevin əvəzinə bu dəfə Pünhan Qasımzadə ilk dəqiqələrdən meydanda oldu. Liderliyi təmin etmək üçün bu dueldə komandamızı heç-heçə də qane edirdi. Oyuna futzalçılarımız fəal başlasa da, hesabı rəqib açdı. Əks-hücum zamanı meydan sahibi komanda qapımıza yol tapdı. Fasiləyə qədər başqa qol vurulmadı. Dünənki oyunda olduğu kimi, ikinci hissəyə komandamız yenə üstün başladı. Əvvəlcə Oqtay tablodakı rəqəmləri eyniləşdirdi. Daha sonra Ədalət dəqiq oynamaqla rəqibi meydanın mərkəzinə dəvət etdi. Komandamızın bu üstünlüyü 3 dəqiqə davam etdi. 32-ci dəqiqədə matçda hesab yenidən bərabərləşdi. Sonrakı dəqiqələrdə topu özünə saxlayan komandamız sərflə nəticəni aktivinə yazdırmağı bacardı. Beləliklə B qrupunda keçirdiyi 2 oyundan 4 xal toplayan millimiz əsas mərhələyə vəsiqə qazanıb. Bu mərhələnin görüşləri 25-30 mart tarixlərində Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

San Marino – Azərbaycan (1:0) 2:2

Avropa çempionatı. İlkin mərhələ

26 yanvar. Serravalle. Multievent Sport Domus. Saat 21:00

Hakimlər: Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika), Radim Çep (Çexiya)

Hakim-inspektor: Stefan Veber (Almaniya)

UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)

Timekeeper: Laurentiu İlie (San Marino)

Qollar: Mattia Beccari, 17:14, Qabriele Dolcini, 31:05 // Oqtay Mahmudzadə, 23:21, Ədalət Ələkbərov, 28:19

Sarı vərəqələr: Simone Andolina (oyun başa çatdıqdan sonra) //  Ümüd Qəhrəmanov (oyun başa çatdıqdan sonra)

Qırmızı vərəqə: Rikkardo Laglia (oyundan sonra)

 

San Marino

1. David Forcellini (q), 8. Simone Andolina, 9. Qabriele Dolcini, 10. Johnny Barbano, 11. Nikolo Mularoni, 12. Nikolo Krescentini (q), 2. Simone Fortunati, 3. Luka Fortunati, 4. Alessandro Lotti (k), 5. Rikkardo Laglia, 6. Lorenzo Fantini, 7. Mattia Beccari

Baş məşqçi: Matteo Selva

 

Azərbaycan

12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə (k), 10. Nazim Hüseynov, 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov, 14. Rəvan Quliyev

Baş məşqçi: İlqar Aslanov

Komanda

O

Q

H/H

M

T/F

X

1

Azərbaycan

2

1

1

0

6-3

4

2

Kosovo

2

1

0

1

8-5

3

3

San Marino

2

0

1

1

3-9

1