...

"Oyunu özümüz üçün çətinləşdirdik"


Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün ikinci oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət millimiz qrup qalibi kimi növbəti mərhələyə yüksəldi. Oyunla bağlı baş məşqçi İlqar Aslanov azfutzal.az-a bunları dedi:

“Dünən Kosovo ilə qarşılaşdıq və qələbə qazandıq. Ardıcıl iki gündə ikinci oyunumuza çıxdıq. Uşaqlarda həm yorğunluq, həm də birinci oyunların nəticəsinə uyğun olaraq arxayınlıq yaranmışdı. Ona görə də görüş çətin keçdi. Daha doğrusu, oyunu özümüz çətinləşdirdik. Vacib olan komandanın qarşıya qoyulan məqsədə çatmasıdır. Bu münasibətlə həm komandamızın üzvlərini, həm də futzal ailəsini təbrik edirəm. Artıq martda keçirəcəyimiz əsas mərhələnin oyunlarına hazırlaşmalıyıq”.